logo

“EURO-2024”ün rəsmi maskotu bəlli oldu,adı isə dəqiqləşdirilir

12:34 20-06-2023 | icon 1771
“EURO-2024”ün rəsmi maskotu bəlli oldu,adı isə dəqiqləşdirilir

UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotunu təqdim edib.

YeniAvropa UEFA-nın rəsmi saytına istinadla bildirir ki, növbəti iki həftə ərzində UEFA-nın saytında yeni maskotun adı ilə bağlı azarkeşlər arasında səsvermə keçiriləcək.

Qeyd edək ki, “EURO-2024” gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.