logo

Bağlanan 9 bankın əmlakı satışa çıxarılır

22:55 25-08-2018 | icon 2898
Bağlanan 9 bankın əmlakı satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Azərbaycanın Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Zaminbank” ASC, “Atrabank” ASC, “Royalbank” ASC və “Dəmirbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 58 lot üzrə satışa çıxarır.

Fonddan YeniAvropa-ya verilən məlumata görə, 32 lot üzrə əmlak birinci dəfə, 3 lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

3 sentyabr 2018-ci il tarixində keçiriləcək hərracda 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkassator maşını, 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə kompüter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd pos-terminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, 2 lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satışa çıxarılır.

Hərraclar açıq formada Xammal və Əmtəə Birjasında, Bakı şəh., İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakın vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.