logo

İlham Əliyev yenidən qurulan  “İsmayıllı” yarımstansiyasını işə salıb

20:47 25-08-2018 | icon 2933
İlham Əliyev yenidən qurulan  “İsmayıllı” yarımstansiyasını işə salıb

Prezident İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.

YeniAvropa xəbər verir  ki,  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirib ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tam yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhəri və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.

Dövləti başçısı yarımstansiyanı işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.