“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” sərgisində 150-dən çox yerli şirkət iştirak edir
İyunun 8-də “Bakı Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçirilir.
YeniAvropa xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un təşkilatçılığı ilə təşkil edilib.
Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.