logo

Xəbərdarlıq:Banklar adından saxta uduş kampaniyalar paylaşılır

12:32 08-06-2023 | icon 2170
Xəbərdarlıq:Banklar adından saxta uduş kampaniyalar paylaşılır

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən bir sıra banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır.

YeniAvropa  Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, vətəndaşlardan bu kampaniyalarda iştirak etmək üçün onlara göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Qeyd edək ki, bank və digər fərdi məlumatlarınızı daxil etmədən öncə daxil olduğunuz veb-ünvanının şirkətin rəsmi veb-saytı olduğundan əmin olun.