2018–2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin həyata keçirəcəyi yeni birbaşa xarici dövlət borcalmalarının 2,075 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.
Sənəddə qeyd olunur ki, birbaşa xarici dövlət borcu üzrə proqnozlaşdırılan yeni borcalmaların 325 milyon dollarının “Azərbaycan Dəmir Yolları” QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi məqsədilə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən cəlb olunması nəzərdə tutulur.