"Paris-2024" Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub.
YeniAvropa xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, "Paris-2024" Yay Paralimpiya Oyunları 28 avqust – 08 sentyabrda baş tutacaq.