Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 4 milyon manatlıq dürüstləşdirmə təklif edilir. Sosial müavinətlərlə bağlı bizim də təklif etdiyimiz dəyişikliklər var. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 4 milyon artırılaraq, 32 milyona manata çatdırılmasını nəzərdə tuturuq.
YeniAvropa xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 7-də keçirilən iclasında 2023-cü il üçün dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini dəyişikliklərdə dəfn üçün xərclərin 4 milyon azaldılmasının təklif olunduğunu da diqqətə çatdırıb. O, bunu pandemiyadan sonra ölüm hallarının sayının azalması ilə izah edib.
O, həmçinin peşə hazırlığı üçün büdcədən vəsaitin 2 milyon azadılmasının nəzərdə tutulduğunu deyib.