Bakının Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləğv olunub.
Bu barədə YeniAvropa-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, bununla əlaqədar yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək dayanmaq qadağandır nişanı ilə əvəz edilib.
“Şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır. Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləğv edilir. Həmçinin zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür”, - deyə BNA-nın məlumatında bildirilir.