logo

III Avropa Oyunlarının medalları təqdim olunub

16:16 06-06-2023 | icon 2471
III Avropa Oyunlarının medalları təqdim olunub

Polşada keçiriləcək III Avropa Oyunlarının medalları təqdim edilib.

YeniAvropa xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Medallarda Polşa tarixində mühüm yer tutan qartal simvolu əks olunub. O, idman dəyərlərini özündə birləşdirən gücü, ümidi, liderliyi, qələbəni, ilham və cəsarəti ifadə edir.

Qeyd edək ki, III Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov və Malopolska şəhərlərində təşkil olunacaq. 50 ölkədən olan atletlər 26 idman növündə medallar uğrunda yarışacaqlar. Yarışların qalıbləri 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Olunlarına lisenziya qazana biləcəklər.