logo

Neft Fondu cari ildə "AÇG" və “Şahdəniz”dən 4 milyard dollar gəlir əldə edib

11:55 06-06-2023 | icon 1841
Neft Fondu cari ildə "AÇG" və “Şahdəniz”dən 4 milyard dollar gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 5 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirlərini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fondan bildirilib.

Qeyd edilib ki,ilin əvvəlindən iyun ayının 1-dək "AÇG" yatağından  3 013 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 935,754 milyon ABŞ dolları gəlir əldə olunub.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 197,763 milyon ABŞ dolları təşkil edib.