logo

Naxçıvanda aqroparklar yaradılacaq

16:56 05-06-2023 | icon 1862
Naxçıvanda aqroparklar yaradılacaq

Naxçıvanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı, infrastruktur təminatı inkişaf etdiriləcək, aqroparkların yaradılması təşviq olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurumlar İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyidir. Aqroparklar yaradılacaq ərazilər müəyyənləşdiriləcək.

Bununla yanaşı, Naxçıvanda kənd təsərrüfatının istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması ilə müvafiq istehsal vasitələrinə əlçatanlıq səviyyəsi artırılacaq, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə məsləhət və təlim xidmətləri təşkil olunacaq.