logo

"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib

11:11 02-06-2023 | icon 2303
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlanılandan mayın 1-dək 573 milyon ton neft hasil edilib.

 YeniAvropa xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 2-də Bakı Enerji Forumunda deyib.

O bildirib ki, indiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil olunub. Həmçinin indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb.

X.Yusifzadə qeyd edib ki, Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu “Bakı-Tbilisi-Ceyhan” kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.