Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
İyunun 2-də Baki Konqres Mərkəzində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb. İlk dəfə təşkil olunmuş forum 31 may-2 iyun tarixlərində ölkəmizdə baş tutan 20-ci yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit va Logistika "Translogistica Caspian” sərgisi çərçivəsində keçirilir.
YeniAvropa xəbər verir ki, Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu "Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”nun təşkili zərurətini yaradıb. Forumda Azərbaycanın dövlət qurumları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FIATA), Beynəlxalq Logistika və Nəqliyyat İnstitutu (CLT), Dəmir Yolları Əməkdaşlıq Təşkilatı kimi qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat ekspedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarları bir araya toplaşıb. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçular arasında məlumat və təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvorking və etibarlı biznes münasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platformadır.
Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, logistika sektorunda insan kapitali, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunacaq.
Forum çərçivəsində bir sira sessiyalar və panel müzakirələri keçiriləcək. “Logistika infrastrukturu”, “Tranzit perspektivləri", eləcə də "İnsan kapitalı, peşə təhsili və təlimi (VET)" üzrə müzakirələr aparılacaq.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov