Azərbaycana 30 ildir ki, investisiya yatırırıq. Azərbaycan "BP"nin ümumi strategiyasının bariz nümunəsidir. Qazandığımız uğurlardan qürur duyuruq.
YeniAvropa xəbər verir ki, bunu "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz Bakı Enerji Forumunda deyib.
O vurğulayıb ki, "BP" gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etdirəcək.
“Azəri-Mərkəzi-Şərqi” platformasında işlər davam etdirilir. Burada ilk neft hasilatını 2024-cü ildə gözləyirik. “Şahdəniz” layihəsinin də dekarbonlaşdırılması üzərində işləyirik. Bizim iddialarımız var. Həmçinin bildiyiniz kimi, Prezident İlham Əliyev elan edib ki, Azərbaycanın azad olunmuş ərazilərində “yaşıl enerji” planı icra olunacaq. Bir çox şirkətlər bu planda yaxından iştirak edəcək”, - deyə Qari Counz vurğulayıb.