“Qaradağ” GES bu ilin payızında istifadəyə veriləcək
Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Aşağı Karbon Həlləri və Beynəlxalq İnkişaf üzrə İcraçı direktoru və “Masdar” şirkətinin İdarə Heyətinin üzvü Musabbeh Al Kaabinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Energetika NazirliyindənYeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərin “Masdar” ilə irimiqyaslı bərpaolunan enerji layihələri üzrə uzunmüddətli əməkdaşlığın sütunu olduğu vurğulanıb. 230 meqavatlıq “Qaradağ” GES-in bu ilin payızında istifadəyə veriləcəyi, bununla da “Masdar”ın layihələrin vaxtında reallaşdırılmasına sadiq olduğu qeyd edilib. Ümumi gücü 4 QVt olan digər layihələrin icrası ilə bağlı da əhəmiyyətli irəliləyişlər olduğu, bərpaolunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiyası üçün elektrik şəbəkəsinin öyrənilməsinə “Masdar”ın dəstəyi və bu xüsusda görülən işlər diqqətə çatdırılıb. Şəbəkənin idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə yaxın vaxtlarda birgə seminar keçirilməsi razılaşdırılıb.
Həmçinin karbohidrogen sektorunda əməkdaşlığa dair SOCAR və ADNOC arasında aparılan müzakirələrə də toxunulub. Şirkətin karbonsuzlaşdırma sahəsində təcrübəsi, aşağı karbonlu enerji istehsalçısına çevrilməsi, karbon tutma, eləcə də “yaşıl”, “mavi” hidrogen və ammonyakın istehsalı ilə bağlı fəaliyyətindən bəhs edilib. Aşağı karbon həlləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb
Zığ dairəsi-Hava Limanı yolunda zolaqlar üzrə sürət endirilib
Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib
Bu gün Cəbrayıl Şəhəri Günüdür
İlham Əliyev Zəngilanda “Sarıqışlar” SES-in açılışında iştirak edib
“Azercell” yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
Sabah Bakıda 24° isti olacaq
Bu gün Bakı metrosunda iş rejimi gücləndiriləcək
Dünya çempionatı: Daha iki cüdoçumuz medalsız qalıb
İlham Əliyev Cəbrayılda bir sıra təməlqoyma mərasimlərdə iştirak edib
Əli Əsədov Minskdə Aleksandr Lukaşenko ilə görüşüb
UEFA Avropa Liqası: “Qarabağ”- “Malmö” matçına 24 min bilet satılıb
Paytaxtın mərkəzində təmirə görə 5 avtobusun marşrutu dəyişdirilir
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək
İlham Əliyev və xanımı Cəbrayıla səfər ediblər
“ACWA Power” "COP29"un rəsmi tərəfdaşı seçilib