logo

Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb

10:01 31-05-2023 | icon 3066
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb

Mayın 31-də Bakı Expo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power”  sərgiləri öz işinə başlayıb. 

YeniAvropa xəbər verir ki, tədbirlər paytaxtın iyunun 3-dək ev sahibliy edəcəyi  Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək.

Bundan əlavə, Enerji Həftəsi çərçivəsində,həmçinin iyulun 1-2-də Bakı Konqres Mərkəzində 28-ci Bakı Enerji Forumu təşkil ediləcək. 

Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq edib.

Tədbirdə təmsil olunacaq ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.