Məhkəmə baxışı avqustun 28-ə təyin edilib.
Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə, T.Məmmədhəsənov və M.Abdullayev yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir. A. Məmmədova isə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.
Xatırladaq ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər isə yanıq xəsarətləri alıb.