logo

Azad edilən ərazilərdə 11 ədəd su elektrik stansiyası tam yenidən qurulub

16:10 26-05-2023 | icon 2541
Azad edilən ərazilərdə 11 ədəd su elektrik stansiyası tam yenidən qurulub

İşğaldan azad edilmiş ərazilərdə ötən müddət ərzində "Azərenerji" ASC tərəfindən ümumi gücü 53.6 MVt olan 11 ədəd su elektrik stansiyası tam yenidən qurulub və bərpa edilərək istismar edilir.

YeniAvropa xəbər verir ki,  bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

O, işğaldan azad edilmiş ərazilərin hidroenerji potensialı barədə danışarkən bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlərin nəticəsində işğala qədərki dövrdə bu ərazilərdə 135, 8 MVt gücündə 29 ədəd su elektrik stansiyası olduğu, lakin əraziləri tərk edən düşmən tərəfindən stansiyaların hamısının dağıldığını deyib.