logo

Mərkəzi Bank 350 milyon manat cəlb etmək üçün depozit hərracı keçirəcək

18:01 24-08-2018 | icon 2772
Mərkəzi Bank 350 milyon manat cəlb etmək üçün depozit hərracı keçirəcək

Avqustun 27-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

YeniAvropa banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-9,99 faiz təşkil edir.