Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Trabzon Ticarət və Sənaye Palatası arasında memorandum imzalanıb.
ASK-dan YeniAvropa-ya bildirilib ki, memorandumu ASK-ın vitse-prezidenti Vüqar Zeynalov və Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebi imzalayıblar.
Sənədə əsasən, öləkələrimiz arasında investisiya qoyuluşunun, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi qurumlar tərəfindən təşviq ediləcək, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və sair haqqında məlumatlar bölüşəcək, biznes səfərlər təşkil ediləcək, qarşılıqlı maraq doğuran layihələr birgə işləniləcəkdir.
Görüş müzakirələrlə başa çatıb.