Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun illik toplantısı keçirilir
Mayın 23-də Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə ASOSAI təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qrupunun ilk toplantısı öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, Hesablama Palatası da daxil olmaqla 11 Ali Audit Orqanın (AAO) iştirakı ilə keçirilən tədbir mayın 25-dək davam edəcək. Toplantıda üzv AAO-ların DİM-lərin auditi sahəsində əldə etdikləri nailiyyətlərdən, həmçinin qabaqcıl təcrübələrdən bəhs ediləcəkdir.
Qeyd edək ki, 2022-ci ildə fəaliyyətə başlamış İşçi Qrupun əsas məqsədi növbəti on il ərzində (2030-cu ilə qədər) DİM-lər sahəsində müxtəlif AAO-lar arasında bilik və təcrübə mübadiləsi aparmaq, sözügedən sahəni həm regional, həm də beynəlxalq səviyyədə zənginləşdirməkdir.