logo

İlk 4 ayda BTC kəməri ilə 10 milyon tonadək neft daşınıb

10:30 19-05-2023 | icon 2513
İlk 4 ayda BTC kəməri ilə 10 milyon tonadək neft daşınıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 833,1 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, nəqletmənin 76,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Belə ki, ilk 4 ayda bu kəmərlə 9 milyon 802,4 min ton neft nəql edilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini və ya 8 milyon 315,8 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2 faizini və ya 1 milyon 486,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edilib.