Azərbaycanda avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 28-33°, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacağı ehtimal edilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 25-26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.