“Kapital Bank”ın səhmdarlarının ümumi yığıncağı keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə bankın yaydığı açıqlamada bildirib.
Qeyd edilib ki, iclasda bir çox məsələlər müzakirə edilib.Qəbul olunan qərara əsasən Bankın İdarə Heyətinin sədri, baş icraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin edilib.
İndiyədək bu vəzifəni “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov icra edirdi. O, bundan sonra fəaliyyətini Müşahidə Şurasının üzvi kimi davam etdirəcək. Rövşən Allahverdiyev 2013-cü ildən “Kapital Bank”ın İdarə Heyətinə rəhbərlik edib. Digər qərara əsasən, “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov Bankın İdarə Heyətinin sədri təyin olunub. Fərid Hüseynov 2015-ci ildən “Kapital Bank”ın İdarə Heyətinin üzvüdür.
Qeyd edək ki, “Kapital Bank”ın səhmlərinin 99,87 faizi “PAŞA Holding”ə, 0,13 faizi isə fiziki şəxslərə aiddir. Bankın birinci dərəcəli kapitalı 600 milyon manatdır. Hazırda “Kapital Bank” Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.