logo

Azərbaycan və Türkiyə dəmiryolçuları Türkmənistanda Anlaşma Memorandumu imzalayıblar

11:33 05-05-2023 | icon 2793
Azərbaycan və Türkiyə dəmiryolçuları Türkmənistanda Anlaşma Memorandumu imzalayıblar

Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Beynəlxalq nəqliyyat- tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf - 2023” 2-ci Beynəlxalq sərgi və konfransı mayın 4-də öz işini başa çatdırıb.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, ADY-in törəmə şirkəti olan “ADY Konteyner”in də təmsil olunduğu konfransda beynəlxalq daşımalar sahəsində yeni reallıqlar, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı, o cümlədən logistika sahəsində müşahidə olunan rəqəmsallaşma tendensiyaları və tətbiq olunan innovativ həllər diqqət mərkəzində olub.

Konfrans çərçivəsində “ADY Konteyner” MMC və “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” SC arasında beynəlxalq konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni əməkdaşlıq platforması Avrasiya regionunda konteyner daşımalarının səmərəli və sürətli təşkilinə önəmli töhfə verəcək.

Konfrans çərçivəsində CASCA+beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının növbəti görüşü keçirilib, tranzit imkanlarının yeni inkişaf perspektivləri müzakirə olunub.