Aprelin 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri 11 milyard 964,4 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bildirilib ki, bu göstərici ötən ayla müqayisədə 62,6 milyon manat, ilin əvvəli ilə müqayisədə isə 221,4 milyon manat çoxdur.