Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayonun Ərçivan qəsəbə sakini Akif Kərimov saxlanılıb. Ondan bir bükümdə 1,2 qram çəkidə psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb.
YeniAvropa Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla birdirir ki, aparılan araşdırmalarla A.Kərimovun həmin psixatrop tərkibli maddəni Ərçivan qəsəbəsinin sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əliyev 4,2 qramlıq tiryəki satarkən saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 bükümdə 5 kiloqram 200 qram çəkidə tiryək aşkarlanaraq götürülüb.
Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır.