Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqu çərçivəsində görüş keçirilib
Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu çərçivəsində növbəti görüş olub.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun rəhbərliyi, Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG Ener), Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qaz təchizatının diversifikasiyası, bərpa olunan enerjinin inkişafı və enerji səmərəliliyi prioritetləri üzrə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin icrası 2027-ci ilədək Azərbaycandan Avropaya təbii qaz ixracının 20 milyard kubmetrədək artırılması ilə bağlı birgə səylərin gücləndirilməsini zəruri edir: “Əlavə qazın tədarükü genişləndirilmiş təchizat marşrutlarını tələb edir. Bu baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir. Layihənin genişləndirilməsi üzrə işlərə başlamaq və irəliləyişlərə nail olmaq üçün əhəmiyyətli investisiyalara və maliyyə alətlərinə ehtiyac var. Bu xüsusda, avropalı tərəfdaşların dəstəyi vacibdir”.
Nazir, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi ilə yanaşı “Həmrəylik halqası” marşrutu, eləcə də Xəzər-Aİ “yaşıl enerji” dəhlizi kimi Avropaya təhlükəsiz və etibarlı mənbədən enerji resurslarını gətirən və şaxələndirən infrastrukturların inkişafı əhatəli enerji təhlükəsizliyi üçün önəmlidir.
Enerji böhranı dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qiymətləndirən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə deyib ki, böhranın idarə olunmasından orta müddətli strateji planlaşdırmaya keçərkən Aİ-nin gözlənilən qaz tələbatını da nəzərə alırıq. Bu, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı vacib məsələlərdən biridir: “Biz dəhlizin genişlənməsini dəstəkləyirik. Bugünkü görüş növbəti konkret addımların müəyyənləşməsində bizə kömək etdi. REPowerEU planımıza uyğun olaraq, Avropa İttifaqı Cənubi Qafqaz qonşularımızı və tərəfdaşlarımızı bərpa olunan enerji istehsalının artırılması sahəsində dəstəkləyir. Məsələn, Xəzər regionunda Azərbaycanda metan emissiyalarının aşağı olması metan fəaliyyəti ilə bağlı ölkənin lider mövqeyini birgə müdafiə etmək imkanları yaradacaq”.
Enerji dialoqu Avropada qaz təchizatının mövcud vəziyyəti, antiböhran tədbirlərində Cənub Qaz Dəhlizinin rolu, bərpa olunan enerji, enerji səmərəliliyi, həmçinin Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qaz infrastrukturu siyasətinə və “yaşıl enerji”nin inkişafının dəstəklənməsi üçün maliyyə alətlərinə dair təqdimat və müzakirələrlə davam etdirilib. Azərbaycandan qaz tədarükünə artan maraq əsasında müəyyənləşmiş tələbat həcmləri, hazırda işlənmə və kəşfiyyat mərhələsində olan yataqlardan gözlənilən hasilat və ixrac imkanları, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar, yaşıl enerjinin ötürülməsinin icra vəziyyəti və enerji səmərəliliyi tədbirləri barədə məlumat verilib. Xəzər-Aİ “yaşıl enerji” dəhlizi üçün Qarşılıqlı Maraq Layihəsi statusunun əldə edilmə perspektivləri və prosedurları, eləcə də Avropa maliyyə institutları ilə Azərbaycanda mövcud və planlaşdırılan enerji layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Müxtəlif proqramlar çərçivəsində “yaşıl enerji”, o cümlədən “yaşıl hidrogen” və ammonyak, enerji səmərəliliyi, enerji sektorunda CCUS texnologiyalarının tətbiqi və metan tullantılarının azaldılması sahələrində Aİ ilə texniki, maliyyə dəstəyi və digər yardımlar üzrə əməkdaşlıq təklifləri dəyərləndirilib. Enerji dialoqu çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.
Xatırladaq ki, 2022-ci il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson arasında keçirilən görüşdə Aİ ilə Azərbaycan arasında enerji dialoqunun yaradılmasına dair razılıq əldə olunub.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov