Bakı-Vyana-Bakı birbaşa aviareyslərə start verilib
Mayın 2-də Vyana Beynəlxalq Hava Limanında Bakı-Vyana-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirən təyyarənin təntənəli qarşılanma mərasimi olub.
YeniAvropa xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Vyana Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə keçirilən mərasimdə AZAL-a məxsus təyyarə eniş zolağında ənənəvi su şırnağı ilə qarşılanıb, Bakıdan yüksəkvəzifəli rəsmi qonaqların iştirakı ilə təyyarə önündə rəmzi lent kəsilib, daha sonra mərasim media nümayəndələrinin də iştirak etdiyi rəsmi hissə ilə davam edib.
Rəsmi hissədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, “Azərbaycan Hava Yolları” QSC-nin icraçı direktorunun müavini Cəmil Manizadə və Vyana Beynəlxalq Hava Limanının baş icraçı direktoru Yulian Yaqer çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, son 30 il ərzində Azərbaycan ilə Avstriya arasında əlaqələr qarşılıqlı anlaşma və dostluq əsasında davamlı şəkildə inkişaf edir. Paytaxt şəhərlər arasında birbaşa aviareysin açılması Azərbaycan-Avstriya münasibətlərində mühüm mərhələ olmaqla yanaşı, ölkələr arasında turizm axınını gücləndirəcək, siyasi dialoqun inkişafı, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində strateji mövqeyə malik Azərbaycanın Avropanın mərkəzində yerləşən Avstriya ilə hava körpüsü rolunu oynayan bu bağlantı, eyni zamanda, nəqliyyat və bağlılıq sahəsində əməkdaşlığın dərinləşməsinə imkan yaradacaq. Həmçinin qeyd edilib ki, yay mövsümü başlamadan uçuşlara start verilməsi hər iki ölkənin turizm potensialından səmərəli şəkildə istifadəsinə meydan açacaq.
Qeyd edilməlidir ki, AZAL tərəfindən birbaşa müntəzəm reyslər hər həftənin çərşənbə axşamı və cümə günləri səhər saatlarında həyata keçiriləcək. Reyslər Bakı ilə Vyana arasında sürətli və rahat uçuşu təmin edəcək.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov