İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində "Minik avtomobillərinin istehsalı" layihəsinin təməli qoyulub.
YeniAvropa xəbər verir ki, təməlqoyma mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, layihə bu bölgənin iqtisadi inkişafına töhfə verəcək.
"Layihə həm də Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə avtomobil sənayesinə töhfəsini verəcək. Burada istehsal ediləcək avtomobillər həm yerli, həm də xarici bazarda satılacaq", - deyə o, qeyd edib.
Layihəni Özbəkistan vətəndaşı Otabek Salıyevin rəhbərlik etdiyi "Azərmaş CP" icra edəcək.
88 milyon manat investisiya qoyulması planlaşdırılan istehsal xətti 2025-ci ilin may ayında istismara verilməlidir. Burada ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistan texnologiyaları əsasında ildə 30 min minik avtomobili istehsal olunacaq. Ərazisi 16 hektar, istehsal sahəsi isə 31 min kvadratmetr olacaq zavodda 1 200 nəfər işlə təmin ediləcək