Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, turizm, təhsil, İKT, kənd təsərrüfatı və əczaçılıq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak edib.
AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nümayəndələri iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış ediblər.
Tədbirdə, həmçinin Serbiya və Azərbaycanın investisiya mühiti, o cümlədən ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar, eləcə də Qarabağda aparılan bərpa işləri ilə bağlı videoçarx nümayiş olunub.