logo

 SOCAR “Petkim” ötən ili 6,5 milyard TL xalis mənfəətlə başa vurub

15:55 01-05-2023 | icon 1876
 SOCAR “Petkim” ötən ili 6,5 milyard TL xalis mənfəətlə başa vurub

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın “Petkim” neft-kimya kompleksi xalis mənfəət üzrə rekord göstəriciyə nail olub. Belə ki, 2022-ci ilin yekunlarına görə, şirkət 6,5 milyard türk lirəsi əldə edib.

YeniAvropa xəbər verir ki, bunu “Petkim”in baş direktoru Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2022-ci ildə şirkətin istehsal etdiyi məhsulların satışı 2021-ci illə müqayisədə 70 faiz artaraq 49 milyard türk lirəsinə çatıb. Pul aktivləri isə 13 milyard lirə olub. Şirkət 78 ölkəyə 899 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, “SOCAR Türkiye” “Petkim”i 2008-ci ildə satın alıb. “Petkim” plastik qablaşdırma, parça, PVC, yuyucu vasitələr hazırlamaqla, Türkiyədə bu kimi məhsulların yeganə istehsalçısıdır.