Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Belçika Krallığına səfər edib.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də paytaxt Brüssel şəhərində keçiriləcək Azərbaycan-Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşündə iştirak edəcək.
Görüş çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq məsələləri, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun icra vəziyyətinə dair müzakirələrin aparılması nəzərdə tutulur.