DYP yük avtomobillərinin gündüz saatlarında paytaxtda hərəkətinə aydınlıq gətirib
Bakıda hərəkət iştirakçılarının təhlükəsizliyinin təminatı, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində ardıcıl və sistemli tədbirlərin təşkili və icraya yönəldilməsi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin diqqət mərkəzindədir.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YeniAvropa-ya bildirib ki, paytaxt sakinləri, eləcə də ayrı-ayrı mətbu orqanlarda, sosial şəbəkələrdə yol hərəkətinin tənzimlənməsi, baş verə biləcək qəzaların qarşısının alınması, insanların həyat və sağlamlığının yol qəzalarından qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlər idarə tərəfindən tədqiq olunur, müzakirəyə çıxarılan hallar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbələrində təhlil edilir. Daxil olan müraciətlər sırasında, xüsusilə yük avtomobillərinin paytaxt yollarında hərəkəti ilə bağlı qaldırılan məsələlər nəzərdən keçirilib.
Yük avtomobillərinin paytaxt yollarında hərəkəti müvafiq qərar və qərara edilən dəyişikliklər əsasında müəyyən olunub. İlk baxışdan yük avtomobillərinin hərəkəti ilə bağlı “irad”ları, subyektiv fikirləri mətbuatda, sosial şəbəkələrdə işıqlandırmamışdan əvvəl nəzərə almaq lazımdır ki, yük avtomobillərinin, o cümlədən xüsusi təyinatlı, qəza-bərpa və xilasedici, kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkətinə istisnasız olaraq icazə verilir.
Yük avtomobillərinin hərəkəti “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli qərarı əsasında, 2016-cı il 9 mart tarixli əlavə dəyişikliklərə uyğun təmin olunur. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən, maksimum kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılır. Gündüz saatlarında kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilir.
Qeyd edilənləri nəzərə alaraq, hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmalıdır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb