Cari ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (BƏƏ və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1%, Oman vətəndaşlarının sayı 16,5% artıb. İrandan gələnlərin sayında 21,1%, BƏƏ-nin gələnlərin sayında isə 2,7% azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4% artaraq 355,3 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.
2018-ci ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4% artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6% artaraq 614,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8%-i dəmir yolu və avtomobil, 42,2%-i hava, 1,0%-i isə su nəqliyyatından istifadə edib.
2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 2514,8 min nəfər olub. Ölkə vətəndaşlarının 33,4%-i Gürcüstana, 24%-i İrana, 22,9%-i Rusiyaya, 15,2%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 1,0%-i BƏƏ-yə, 2,1%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9%-i kişilər, 32,1%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2%, Gürcüstana gedənlərin sayı 0,9% artıb, Türkiyəyə gedənlərin sayı 5,5%, Rusiyaya gedənlərin sayı 2,6% azalıb.
Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 79,9%-i dəmir yolu və avtomobil, 19,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.