Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 118 cinayət faktı qeydə alınıb. Onların 18-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.