Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 83 cinayət faktından 12-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin edilib.
Axtarışda olduğuna görə ümumilikdə beş nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər saxlanılıb.