Hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 18-də növbəti hərrac keçiriləcək.
Komitədən YeniAvropa-ya bildirilib ki, budəfəki hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyət, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
Müasir texnologiyanın tətbiqi ilə keçirilən hərraclarda özəlləşdirilən dövlət əmlaklarının fəaliyyəti ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərir. Hərraca çıxarılan müəssisə və obyektlərin müxtəlifliyi investorlara biznes planlarına uyğun obyekti seçmək imkanı yaradır. Elektron mühitə keçən prosedurlar isə hərracı daha da sadələşdirib. Belə ki, hər bir vətəndaş seçdiyi əmlaka elektron sifariş vermək, hərracın keçirildiyi məkana getmədən onlayn formada prosesdə iştirak etmək kimi üstünlüklərdən istifadə edə bilir.
Yevlax, Şəmkir, İsmayıllı, Biləsuvarda yerləşən səhmdar cəmiyyətlər müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Cəlilabad Məişət, İsmayıllı Təmir-Tikinti kimi səhmdar cəmiyyətlərin 30 faiz ilə 45 faiz intervalında olan səhm paketləri hərraca çıxarılıb.
Hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisələri ərazi, qiymət və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr aralığındadır. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən Əmlak kompleksi investora müxtəlif biznes sahələrində gəlir gətirə bilər. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu obyektin ümumi faydalı sahəsi 237 kvadratmetrdir.
Ölkənin müxtəlif rayon və şəhərlərində yerləşən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 376 kvadratmetr aralığındadır. İnvestor Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki qeyri-yaşayış sahəsini gəlirli xidmət obyekti kimi istifadə edə bilər. Həmin obyektin ümumi faydalı sahəsi 36 kvadratmetrdir.
Bu dəfə hərraca buraxılış tarixləri 2005-2007 olan “KIA” və “Daewoo” markalı nəqliyyat vasitələri ilə yanaşı, gəmi də çıxarılıb. “Kapitan Rəcəbov” adına buzqıran gəminin buraxılış tarixi 1976-cı ildir.
Hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytında (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) müvafiq bölməyə daxil olmaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərracda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb