logo

Lahıc yolunda hərəkət tamamilə məhdudlaşdırılır

16:38 19-08-2018 | icon 2541
Lahıc yolunda hərəkət tamamilə məhdudlaşdırılır

Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam yekunlaşdırılmaması ilə əlaqədar avqustun 19-dan 31-dək həmin avtomobil yolu ilə hərəkət tamamilə məhdudlaşdırılır.

Bu barədə YeniAvropa-ya  “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Bu yolun bağlı olması ilə əlaqədar sürücülərdən alternativ yollardan istifadə etmək xahiş edilir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.