Hindistan sentyabrın 9-10-da Dehli şəhərində keçiriləcək "Böyük İyirmilik" Qrupu (G20) sammitinə dəvət olunan ölkələrin siyahısına dəyişiklik etməyib.
YeniAvropa xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Bir müddət öncə Hindistanın "G20" nümayəndəliyinin rəsmi saytında sammitdə iştirak edəcək ölkə liderlərinin siyahısı dərc olunub. Onlardan əlavə dəvət olunanlar sırasında daha doqquz ölkənin – Banqladeş, Misir, Mavriki, Niderland, Nigeriya, Oman, Sinqapur, İspaniya və BƏƏ-nin dövlət başçılarının adları da var. Ukrayna Prezidenti Volodimir Zelenskinin adı isə siyahıda yoxdur.