AFFA İcraiyyə Komitəsinin(İK) növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "EURO-2024"ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk iki oyunla bağlı hesabat verib.
İclasın yekununda AFFA İK-nin qərarına əsasən italiyalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi vəzifəsində qalması barədə qərar qəbul edilib.
Xatırladaq ki, "EURO-2024"ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olub.