Cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 600 milyon 506 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumatda qeyd edilib ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 77 milyon 685 min dollar çoxdur.
Ötən 7 ayda MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 487 milyon 38 min dollar təşkil edib.