logo

UEFA Konfrans Liqasında 1/4 final mərhələsi oyunları start götürür

09:49 13-04-2023 | icon 1743
UEFA Konfrans Liqasında 1/4 final mərhələsi oyunları start götürür

Bu gün UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, açılış matçında turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçikanın “Gent” komandası İngiltərənin “Vest Hem” klubunu sınağa çəkəcək.

Günün oyunları aşağıdakılardır:

“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə) – 20:45

“Lex” (Polşa) – “Fiorentina” (İtaliya) – 23:00

“Anderlext” (Belçika) - “AZ Alkmaar” (Niderland) – 23:00

“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa) – 23:00.

Qeyd edək ki, bu raundun cavab görüşləri aprelin 20-də keçiriləcək.