logo

Gəncə İdman Sarayı gələn ildən beynəlxalq yarışlara ev sahibliyi edəcək

19:20 12-04-2023 | icon 1834
Gəncə İdman Sarayı gələn ildən beynəlxalq yarışlara ev sahibliyi edəcək

Qafqazın ən böyük idman tikililərindən biri hesab olunan Gəncə İdman Sarayı bu ilin sonuna qədər istifadəyə veriləcək.

YeniAvropa xəbər verir ki, ümumi sahəsi 16 hektar olan Gəncə İdman Sarayı ölkəmizdə beynəlxalq olimpik normalar çərçivəsində inşa edilən ən böyük idman qurğusu hesab edilir. 2 hissədən ibarət olan saray 4 və 5 mərtəbədən ibarətdir. Beynəlxalq turnirlərin keçirilməsi üçün bu məkanda 3 min tamaşaçı tutumlu böyük idman zalı, üzgüçülük hovuzu, ümumilikdə isə idmanın 14 növü üzrə zal və məktəblər fəaliyyət göstərəcək.

Gəncə İdman Sarayında qurğusunda kafe və restoranların layihələndirilməsi, 160 idmançı üçün otel kompleksinin tikintisi, sarayda yerli və xarici milli komandaların məşq etməsinə və burada gecələməsinə də imkan verəcək. Həmçinin Gəncə İdman Sarayı gələn ildən beynəlxalq yarışlara da ev sahibliyi edəcək.

Qeyd edək ki, təməli dövlət başçısı tərəfindən qoyulan və Prezidentin 2020-ci il iyunun 24-də Gəncəyə sonuncu səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olması və müvafiq tapşırıqlarını verməsi, Azərbaycanda idmanın inkişafına dövlət qayğısı kimi qiymətləndirilir.