Şahin Bağırov da prezident oldu
Azərbaycan Voleybol Federasiyasının(AVF) ümumi yığıncağı keçirilib.
AVF-dən YeniAvropa-ya bildirilib ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən ayrıldığını bildirib və səsvermə ilə istefa qəbul edilib.
Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən Ş.Bağırov ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib: "Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq”.
Ş.Bağırov həmçinin federasiyanın öncəki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.
Yığıncaqda həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.
Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər. F.Qarayev voleybolun inkişafına göstərdiyi dəstəyə görə federasiyanın sabiq prezidenti Cavid Qurbanova təşəkkür plaketi təqdim edib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov