FIFA referisi Əliyar Ağayev Yunanıstan kuboku yarışlarının yarımfinal oyununa təyinat alıb.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. VAR hakimi isə Elçin Məsiyev olacaq