logo

Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib

14:25 05-04-2023 | icon 2485
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib

Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.

YeniAvropa xəbər verir ki, sloveniyalı funksioner bu posta yeganə namizəd olub.

O, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci konqresdə yenidən dörd il müddətinə prezident seçilib.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir.

2019-cu il fevralda İtaliyanın paytaxtı Romada  keçirilən UEFA-nın 43-cü Konqresində Aleksander Çeferin növbəti dəfə dörd il müddətinə UEFA-nın prezidenti seçilib.

Xatırladaq ki, ixtisasca hüquqşünas olan Aleksandr Çeferinin futzala olan həvəsi 2005-ci ildə onu yerli komandanın İdarə Heyətinə üzvlüyünə gətirib. 2011-ci ildə isə o, Sloveniya Futbol Federasiyası prezidenti seçilib. 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilib.