SOCAR Bakıda 2-ci sıxılmış qaz yanacaqdoldurma məntəqəsini açıb
Avqustun 17-də Bakının Badamdar qəsəbəsi, Xarici dairəvi yol, yeni avtomobil bazarının yaxınlığında “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən “SOCAR” ilə ikinci sıxılmış təbii qaz (STQ) (CNG - Compressed Natural Gas) yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
SOCAR-dan YeniAvropa-ya bildirilib ki, şirkətin prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsib, Azərbaycan ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulayıb.
Qeyd olunub ki, ikinci sıxılmış təbii qaz məntəqəsinin istifadəyə verilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Hazırda Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş və 7 trilyon kubmetr potensial qaz ehtiyatı mövcuddur. SOCAR ölkədə hasil olunan təbii qaz həcmlərinin Türkiyə və Avropa İttifaqı ölkələrinə nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirməklə, dünyada enerji mənbələrinin şaxələndirilməsinə və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
R.Abdullayev deyib: “Azərbaycan vətəndaşlarının, yanacaq istehlakçılarının daha səmərəli qaz yanacaqları ilə təchiz olunması daim diqqət mərkəzindədir. Təbii qazın hasilatı və nəqli istiqamətində qazanılan nailiyyətlər bizi ölkə daxilində sıxılmış təbii qaz məntəqələri şəbəkəsinin qurulması layihəsini həyata keçirməyə ruhlandırır. Qeyd etmək istəyirəm ki, hazırda dünya miqyasında STQ yanacağına tələbat sürətlə artmaqdadır. STQ daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda, daha təhlükəsiz yanacaqdır. STQ benzinə görə karbon monoksid qazını 80 faiz daha az emissiya edir. Bu layihəni həyata keçirməklə SOCAR ölkə ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.
Daha sonra SOCAR-ın prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olub. Bildirilib ki, yeni açılan məntəqədə son model Yaponiya istehsalı olan 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Onlardan 2-si STQ satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. YDM-də nağdsız satış üçün POS-terminallar, “SOCAR” yanacaq kartı, “ASAN”, “E-manat” ödəniş terminalları, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. Məntəqədə 30 nəfər işçi çalışır.
Sonda R.Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb.
“SOCAR PETROLEUM” QSC avqust-oktyabr aylarında Bakıda 5 ədəd STQ məntəqəsi istifadəyə verəcək. Cari ilin sonunadək Bakı və paytaxt ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrin sayının ümumilikdə 20-ə çatdırılması planlaşdırılır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb