logo

Son 4 gündə  87  qeyri-qanuni miqrant saxlanılıb

19:27 17-08-2018 | icon 2345
Son 4 gündə  87  qeyri-qanuni miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan ümumilikdə 87 əcnəbi saxlanılıb.

DMX-dən YeniAvropa-ya  bildiriblər ki, onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-sinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-sinin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilərdən 78-i barəsində inzibati qərarlar qəbul olunub. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.